Rəqqasə Fatimə müğənniliyə başladı? - VİDEO

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva müğənnilik qabiliyyətinin olduğunu deyib. Lent.az-ın məlumatına görə, “APA TV”-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişdə qonaq olan rəqqasə yeni yazdırdığı mahnını oxuyub: “Mənim üçün rəqs sənəti birinci növbədədir. "Xına gecələri"nə aparıcı kimi dəvət olunduğum zaman istər-istəməz mahnı da oxumalıyam. Ona görə də mahnılar yazdırıram. Özü də adam mahnı oxuya-oxuya səsi açılır. Müğənni olmaq fikrim yoxdur”.

 

Qeyd edək ki, “Show time” verilişi həftənin 2-ci günləri saat 15:30-da “APA TV”-də yayımlanır. 

 

 

 

 

 

 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>