Sizin link burada

(R) Dünyaca məşhur “Anadolu Atəşi” qrupu Qəbələdə konsert verəcək

 

Qəbələ Türkiyənin dünyaca məşhur rəqs qrupu “Anadolu Atəşi”nin xüsusi konsert proqramına ev sahibliyi edəcək. Qrupun konserti beynəlxalq tədbirlərin və görüşlərin məkanı olan Qəbələ Konqress mərkəzində olacaqdır.

 

Konsertin təşkilatçısı Gilan Hospitality Group-un İcraçı Direktoru Elgün Məmmədov konsert haqqında öz fikirlərini deyib: “Artıq bir neçə ildir ki, Qəbələ şəhəri bir sıra mühüm tədbirlərə ev sahibliyi edir. Bunlardan ən vacibi Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Bu cür tədbirlərin davamı olaraq, “Anadolu Atəşi” rəqs qrupunun Qəbələ səfəri mühüm mədəni hadisədir. Qrupun Qəbələdəki çıxışı insanların mədəniyyətlərin bir birinə təsirini, müasir dövrümüzdə tarixin bizə irs qoyduğu musiqini və rəqsləri hiss etməyə və bir anlıq keçmişə səfər etməyə şərait yaradır. Konsertin Novruz bayramı ərəfəsində keçirilməsi isə heç də təsadüf deyildir. Bu konsert bayram ərəfəsində qonaqlarımıza mədəni həzz yaşatmaq üçün nəzərdə tutulmuşdur.Gələcəkdə Qəbələ şəhəri bu cür tədbirlərlə daha çox Azərbaycan tamaşaçısını və şəhərimizin qonaqlarını sevindirməyə davam edəcəkdir”.

 

“Anadolu Atəşi” rəqs qrupu 93 ölkədə 3850 canlı rəqs performansı ilə 31 milyondan çox tamaşaçı tərəfindən izlənilib. Qrupun rəqslərinin əsas konsepti mədəniyyətlərin qovuşması və dünyəvi dəyərləri aşılamaqdır. Rəqs qrupunun çıxışları tarixən Anadolunun mifoloji və kultural tarixindən qaynaqlanır. Rəqslərin əsas ritmləri yüzlərcə xalq rəqsləri və xalq musiqisinin sinxron təcəssümüdür. Qrupu əsas məqsədi Anadolunun yüzlərcə illik sevgi, mədəniyyət və tarix elementlərinin əks edilməsidir.

 

Gilan Hospitality Group Azərbyacanda qonaqpərvərlik və turizm sahəsində idarəçilik xidməti göstərən şirkətdir. Şirkətin tabeçiliyində olan otellər qrupu Azərbaycanın əsas turizm mərkəzləri olan Bakı,Qəbələ və Lənkəranda yerləşir.

Gilan Hospitality Group tərəfindən idarə olunun otel fəaliyyəti 3 qrupa bölünür: şəhər otelləri, rezort otellər və butik otellər. Bunlarla yanaşı, GHG-nin portfelinə Termal oteli də daxildir. Qrupun ölkənin müxtəlif regionlarında 1000-dən artıq işçisi vardır ki, bu da güclü social-iqtisadi inkişafa təsir deməkdir. Şirkətin idarəçiliyində olan otellər “Qafqaz Hotels&Resorts” brend adı altında fəaliyyət göstərir.

 

Daha ətraflı məlumat almaq üçün, əlaqə vasitəsi:

Şərifə Həsənova, Otellər Qrupu Üzrə Satış Meneceri

Tel: (050) 290 0520

E-mail: sharifa.hasanova@qafqazhotels.com

 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>