Canəli Əkbərov QALMAQALA görə qınandı: "Məhkəməyə versinlər"

Xalq artisti  Canəli Əkbərovun həmkarları ilə aralarında olan qalmaqala sənət adamları biganə qalmayıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişi bir neçə ifaçının bu qalmaqala münasibətini öyrənib. Həmin açıqlamaları olduğu kimi təqdim edirik.

 

“Faytonçu” Nazim: “Bir sənətkarın digər sənətkar barədə dediyi fikirlərlə razı deyiləm. Ən azından bunu kütlə qarşısına çıxartmaq düzgün deyildi. Bunu öz aralarında çözməli idilər. Onlara bunu yaraşdırmadım. Cavan nəsil hər zaman yaşlı nəsildən ibrət götürür. Yaşlı nəslin də bu cür qalmaqal etməsi, cavanlara bir az da imkan verir ki, qalmaqal etsinlər.

 

Xalq artisti Nəzakət Teymurova: “İkisi də böyük sənətkarlardır. İstəmirəm ki, mövqeyimi bildirəm".

 

Xalq artisti Mənsum İbrahimov: “Siz bilirsiniz ki, mən qalmaqaldan uzaq adamam. Heç bir zaman mənim adım söz-söhbətlərdə hallanmayıb. Qalmaqala da mənfi baxıram. Adını çəkdiyiniz şəxslə də qalmaqal bizlik olmadı. O söhbət də bitdi. Təzədən o mövzuya qayıtmayacam”.

 

Xalq artisti Alim Qasımov: “Onların qalmaqalına qarışmıram. Mənim özümü müzakirəyə qoyublar, heç danışmamışam. Onlar hamısı mənim dostlarımdır, Allah şeytana lənət eləsin. Düzələr, hamısı barışar”.

 

Müğənni Əli Mirəliyev: “Onların qalmaqalı yaxşı deyil. Canəli köhnə oxuyandır. Yəni yaşlı adamdır. Gözəl xanəndə olub. Mənsum da yaxşı oxuyandı. Amma Canəli Mənsumun atası yerindədir. Bunların hər biri Azərbaycan musiqisində öz sözlərini deyiblər. Amma bir şey var ki, Ağaxan Abdullayev rəhmətə gedib, onun yerində kimin oturduğunu bilmirəm. Amma Canəli Əkbərovun da o münsiflər heyətində oturmağa haqqı var”.

 

Canəli Əkbərov süjetdə baxdıqdan sonra “Məndən inciməyiblər? Versinlər məni məhkəməyə. Onlar dəstəylə otursunlar, mən tək. Bir-birimizin eyibimizi, ədalətsizliyimizi o məhkəmədə qoyaq ortalığa. Mən Xan, Seyid Şuşunsikinin təlimi ilə böyümüş insanam. Bu cür sənətkarların təlimindən çıxmış, 30 il Opera səhnəsində külüng vurmuş Canəli Əkbərovu muğam müsabiqəsindən kim xaric edə bilər?”

 

Qeyd edək ki, aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişi həftənin 2-ci günləri saat 15:10-da “APA TV” –də yayımlanır. 

LENT

25 Mart 2017
24 Mart 2017

Digər xəbərlər >>>