Türkiyəli məşhur aktyor Dubayda saxlanıldı

 

Tanınmış firmanın dəvətlisi kimi Dubaya səfər edən türkiyəli məşhur aktyor Kadir Doğulu hava limanında saxlanılıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, K.Doğulu ilk öncə sürət həddini aşdığına görə saxlanılıb. O, baş verənlərin özünə qarşı haqsızlıq olduğunu deyib və şəxsiyyət vəsiqəsini təqdim etməyib. Məhz buna görə də onu 4 saat hava limanında saxlayıblar.

 

Həbsdən çıxan K.Doğulu başına gələnlər barədə sosial şəbəkədə yazıb: “Hər şey çox yaxşı idi. Ta ki Dubaya getməyənə qədər. Mən bu qədər haqsız polis görməmişəm. Sadəcə cizgidən bir az kənara çıxdıq deyə polis şöbəsinə aparıldım”.

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>