Sizin link burada

Naibə Allahverdiyeva: "Stress, depressiya.. yaxşı deyiləm".

Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti pisləşib.
 
APA TV-nin məlumatına görə, aktrisa bir neçə gün öncə gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
 
Naibə Allahverdiyeva xəstəliyi barədə belə məlumat verib: “Gərginliklə əlaqədar qan təzyiqim yüksəlib. Bir dəfə rayonda olanda bu krizisi keçirmişdim, qan təzyiqi. Sonra müalicə oldum, yaxşı oldum. İndi özümü pis hiss edirəm, yaxşı deyiləm”.
 
Aktrisa bildirib ki, səhhətinin pisləşməsinə səbəb depressiyadır: “Həddən artıq gərginəm. Başımda dəhşətli ağrılar var. Həkimlər deyir gərginliklə əlaqədardır. Stress, depressiya... Ona görə ağrılarım var, ayaqlarımda uyuşma var. Təzə müalicə yazıblar”.
 
Naibə xanım müalicənin artıq effekt verdiyini söyləyib: “Əvvəl qan təzyiqim çox yüksək idi. Bura gələndən sonra təzyiqim o qədər də qalxmır. Evdə təzyiqim çox qalxırdı. Oturduğum yerdə birdən qalxırdı 150-yə. Dərman içirdim ki, aşağı düşsün, bir də baxırdım ki, 165, 170, 180, 250-yə qədər qalxırdı. Bir az həyəcanlanım, vəssalam, başlayacaq qan təzyiqim qalxmağa”.
 
Aktrisa tezliklə sağalacağına ümid edir: “Hikmət müəllimə öz təşəkkürümü mütləq bildirmək istəyirəm, bütün həkim personalına. Çox böyük qayğı ilə yanaşırlar mənə. Görək də, yəqin yaxşı olacaq”.
 
Həyat yoldaşı Yusif İsmayılov isə şifahi şəkildə bildirib ki, aktrisanın bu vəziyyətə düşməsinin səbəbi daim gərgin olmasıdır. “Ailədə gərginlik yoxdur” deyə o, əlavə edib.
 
Xatırladaq ki, aktrisa bir il əvvəl əsəb dispanserində - Günəşli Nevroloji Sanatoriyasında müalicə alıb. Biz isə öz növbəmizdə Naibə xanıma tezliklə ayağa qalxmağı arzu edirik. 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>