Azərbaycanda məktəbin həyətində mina tapıldı - FOTO

ANAMA fevralın 23-də Agentlik tərəfindən Bərdə rayonunda aşkar edilmiş Mina və Partlamamış Hərbi Sursatlar ( PHS) haqqında məlumat yayıb.

 

Agentlikdən Lent.az-a verilən məlumata görə, Bərdə rayonu Mirzəalıbəyli kəndi – kənd orta məktəbinin həyətinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat ( 125 mm-lik tank mərmisi ( IF -26) aşkar edilərək götürülüb, nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 23 fevral tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 51 ev və həyətyanı sahəyə,  1 kənd orta məktəbinin həyətinə su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun  çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının  yaxınlığına baxış keçirilib, 1962 ədəd partlamamış hərbi sursat, 34 tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 356 153 kv.m ərzi ( 136 803 kv.m ərazi əl ilə, 95 800 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihaz ilə və 10 550 kv.m ərazi isə minaaxtaran itlərin dəstəyi ilə ) yoxlanılıb. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017

Digər xəbərlər >>>