Sizin link burada

Muğam Mərkəzində "Novruz çərşənbələri"

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən yaranıb - su, od, torpaq və küləkdən.

Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. “ Novruz çərşənbələri"ndən birincisi "Su Çərşənbəsi"dir. Bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır.

 

Beynəlxalq Muğam Mərkəzi bu 4 çərşənbəni özünəməxsus qeyd edir.

 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, bu çərşənbədə Beynəlxalq Muğam Mərkəzi gözəl muğam konserti hazırlayıb. Konsertdə əməkdar artist Səbuhi İbayev və xanəndə Nigar Şabanova ifa edəcəklər. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayət edəcək.  Konsert 21 fevral saat 19:00-da başlayacaq.

 

 

"Novruz çərşənbələri"ndən ikincisi "Od Çərşənbəsi"dir. Bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isidir, onu yaratmaq üçün hazırlayır. Od Çərşənbəsində tonqallar qalanır, xonçalar tutulur, hər ailə üzvünün adına şam yandırılır. Bu çərşənbədə Beynəlxalq Muğam Mərkəzi günəş olub yaratmaq üçün hazırlaşan gənc istedadlı şagirdləri səhnəsində cəmləşdirib. Respublika İncəsənət Gimnaziyası ilə birlikdə hazırlanan konsertdə xalq çalğı alətlərində ifalar, milli rəqslər və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Tədbir 28 fevral saat 17:00-da keçiriləcək. Biletlər şəhərimizin kassalarında, Asan Xidmət Mərkəzlərində və iticket.az saytında satılır.

 

Beynəlxalq Muğam Mərkəzi xalqımızın çərşənbələrini təbrik edir və gözəl bir çərşənbə axşamı keçirmələri üçün konsertlərinə dəvət edir.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>