Sizin link burada

Sabiq icra başçısının qızı əsərlərini nümayiş etdirir - BAKIDA - FOTOLAR

“Gallery 1969” sərgi salonunda rəssam Nərmin Sadıqovanın “Momentous” adlı fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.

Lent.az buro247.az-a istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov, xalq rəssamları Səlhab Məmmədov, Ağaəli İbrahimov, əməkdar incəsənət xadimi Elçin Orucov, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri, eləcə də digər mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Sərginin açılışında çıxış edən görkəmli fırça ustaları gənc rəssamın yaradıcılığını yüksək qiymətləndiriblər.

Vurğulanıb ki, sərgidə müxtəlif janrlı 50-ə yaxın rəsm nümayiş olunur. Janr müxtəlifliyi, işlənmə texnikası baxımından maraq doğuran rəsmlər müəllifin gərgin axtarışlarının və əməyinin bəhrəsinin nəticəsidir. Rəssamın öz daxili aləmini zəngin rənglər vasitəsilə ifadə etmək qabiliyyəti onun yaradıcılığının fərqləndirici cəhətidir.

Qeyd edək ki, Nərmin Nizami qızı Sadıqova 1985-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirib. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində təhsil alır. 2012-ci ildə "Four Season" otelində "Bir körpənin həyatına rəng qataq" adlı ilk fərdi xeyriyyə sərgisi baş tutub. Həmin tədbirdə 20-yə yaxın əsəri satılıb. Əldə olunan gəlir ürək çatışmazlığından əziyyət çəkən Nilufər Qurbanovanın müalicəsinə sərf olunub. Daha sonra o, "Bakının işıqları" adlı sərgidə iştirak edərək, qaliblərdən biri olub.

2014-cü ildə "Gallery 1969" sərgi salonunda "Səs" adlı ikinci fərdi sərgisi keçirilib. Nərmin Sadıqova həmçinin "Bakı Avropa oyunları", "Xəmsə" Dekorativ Tətbiqi Sənət Festivalı, "Start" və başqa sərgilərin iştirakçısı olub. N.Sadıqovanın əsərləri İtaliyada, Latviyada və digər ölkələrdə keçirilən sərgilərdə də nümayiş etdirilib.

Onu da qeyd edək ki, Nərmin Sadıqova Ağdam rayonunun sabiq icra başçısı, bir sıra yüksək dövlət vəzifələrində çalışmış Nizami Sadıqovun qızıdır.

Bakıda Nərmin Sadıqovanın “Momentous” adlı fərdi rəsm sərgisi açılıb

Mənbə: http://www.buro247.az/events/photo-reports/n-rmin-sad-qovan-n-momentous-adl-f-rdi-r-sm-s-rgis.html

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>