Sizin link burada

Tanınmış rejissorun vəziyyəti pisləşdi - VİDEO

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti pisləşib. Bu haqda APA TV-yə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının hematoloqu Şəhla Şabanova məlumat verib.

 

O bildirib ki, Ş.Zəkizadə hazırda həkim nəzarətindədir: "Şahin Zəkizadə 2016-cı ilin sentyabrından kəskin linfoblastik leykoz diaqnozu ilə  yatır. İlk kursdan etibarən remisiya əldə olunan xəstədə 3-4 ay ərzində xəstəlik təkrarlandı. Təkrarlanması xoş bir şey deyil, xəstəliyin gedişatı daha da çətinləşir. Bu durumda daha ağır protokolla daha da aqressiv yanaşılma məsləhət görülür. Hazırda dərin neytraperiya, yəni xəstənin immun sisteminin çökdürülməsi ikincili infeksiyanın qaçılmaz olması ilə nəticələnir. Bu səbəbdən vəziyyəti ağırdır. Hazırda həkimlərin iştirakı ilə konsiliumu davam etdiririk. Əlimizdən gələni edirik ki, vəziyyəti yaxşılaşsın".

 

Şəhla Şabanovanın sözlərinə görə, Şahin Zəkizadənin ağrıları şiddətlənib. Əgər ağırlaşmasının qarşısı alınmazsa, xəstənin yenidən reanimasiyaya yerləşdirilməsi qaçılmaz olacaq.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>