Sizin link burada

Balaca Aylanın yaşaması bizdən asılıdır - KÖMƏK EDƏK!

 

Üç yaşlı Ayla ağır talassemiya xəstəsidir. İki ildir ki donor qanı hesabına yaşayır. Həkimlər bildirir ki, Ayla əməliyyat olunsa, sağalması mümkündür. Balaca qızcığazın müalicəsi üçün isə 15 min AZN pul lazımdır. Ailənin isə buna imkanı yoxdur.

 

Lent.az hər birinizi balaca Aylaya yardıma çağırır. Onun yaşaması üçün biz də bir addım ataq. Verdiyimiz hər bir manat onun yaşamasına kömək ola bilər.

 

Bundan başqa, balaca Aylanın - 4 -cü qan qrupuna  aid qana ehtiyacı var. Bu qan qrupuna aid olan şəxslərdən xahiş edirik ki, balaca Aylaya öz yardımlarını əsirgəməsinlər.

 

Yardım etmək istəyənlər aşağıdakı “MilliÖn”hesabı ilə pul köçürülməsini gerçəkləşdirə bilərlər:

 

MilliÖn kodu: 380194400253089301

Vəsiqə nömrəsi: 06771108

 

Əlaqə nömrəsi: (051) 432 30 29/ (055)  435 47 30 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017

Digər xəbərlər >>>