Təqaüdçülərə ŞAD XƏBƏR: pensiyalar yaxın günlərdə köçürüləcək

 

Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil.

E. Babayev bildirib ki, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib.

 
Qurum rəsmisi onu da qeyd edib ki, cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur: “Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmamazlığı kimi qiymətləndirilməsi doğru deyil.


Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq”.

 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>