Bakıda sərnişin avtobusu qəza törədib: xəsarət alanlar var

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var.

 

 

Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.

 

Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.

 

Nəticədə avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları araşdırma aparılır.

 

LENT

28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>