Hacı Natiqin cinayət işinə baxan hakim dəyişdirildi

Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi yenidən icraata verilib.

 

Lent.az-ın məlumatına görə,  cinayət işi baxılması hakim Eldar İsmayılovdan alınaraq həmin məhkəmənin hakimi Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən hazırlıq iclasında  hakim özünə etiraz verib. Bildirib ki, cinayət işi ilə tanış olan zaman həmin iş üzrə istintaqın Dövlət Təhlükəsizlik Xidmətində aparıldığını və həmin iş üzrə istintaq qrupunun üzvü olan Emil İsmayılzadənin isə oğlu olduğunu deyib. Bundan sonra iş onun icraatından götürülüb.

 

Qeyd edək ki, Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin qurumun tapşırıqlarını yerinə yetirməkdə, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilir.

 

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

 

Xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməkdə, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlu da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>