Türkiyədən istədiyiniz məhsulu necə ala bilərsiniz? - QAYDA

 

 

Mover.az - Azərbaycanda online alış-verişin xaricdən çatdırılma xidməti... Bu ünvan müxtəlif firmalardan bəyəndiyiniz bütün məhsulların 5 gündən gec olmayaraq çatdırılmasını təmin edir. Özü də sərfəli qiymətlərlə.

 

Mover.az -ın icraçı direktoru Rüfət İbrahim deyir ki, mövsümə uyğun olaraq daha çox geyim və ayaqqabı sifariş olunur və bu tələbat nəzərə alaraq tariflərdə dəyişikliklər edilib: "Əvvəllər həm fiziki çəki, həm də yükün həcmi çəkiyə görə hesablanırdısa, bağlamanın çatdırılma haqqı, indi sadəcə geyim və ayaqqabıdırsa, fiziki çəki ilə hesablanır. Fiziki çəki ilə 1 kq 5 dollar olaraq hesablanır. Bu sahə üzrə heç bir şirkətdə bu cür qiymət yoxdur. Ən ucuz qiyməti biz təklif edirik. Aldığı 4-5 növdə köynəkdirsə, çatdırılma haqqı, sadəcə, 5 dollar edir".

 

İcraçı direktor deyir ki, ödənişlər milli valyuta, yəni manatla həyata keçirilir. Sifarişçilər istər nağd,  istərsə də plastik kartla ödəniş edə bilər. Müştəriləri yəqin ki, bir sual da düşündürür - bəs çatdırılma necə həyata keçirilir?

 

Rüfət İbrahim prosesi belə izah edib: "Bağlamalar birinci bizim Bakı ofisimizə daxil olur, müştərinin seçimi ilə istər özü yaxınlaşıb təhvil alır, istərsə də biz Bakı şəhəri daxili ünvana qədər çatdırırıq. Əgər dəyişdirmək kimi bir nüans olarsa, müştəri özü satıcı firma ilə əlaqə saxlayıb, hər hansı bir poçt vasitəsilə göndərə bilər. Çünki biz Türkiyədən Azərbaycana təktərəfli daşıyırıq. Bizim vasitəmizlə geri qaytarmaq olmur. Müştəri geri qaytarmaq istəyəndə biz hər cür köməkliyi göstəririk".

 

Mover.az saytına müraciət edib sifarişi vermək üçün isə əvvəlcədən qeydiyyatdan keçmək lazımdır: "Qeydiyyat vacibdir. Çünki xarici ölkədən Azərbaycandan məhsul gətirdikdə, gömrükdə sifarişçinin adına rəsmiləşdirilir. Qeydiyyatını tamamladıqdan sonra bizim saytımızda "sifariş et" bölməsinə daxil olur, orda seçdiyi məhsulun linkini, yəni keçidini kopyalayıb ora yazır, qeyd yerində isə tutaq ki, ayaqqabıdan söhbət gedirsə, məsələn, yazır qara rəng 40 ölçüdə ayaqqabını istəyirəm. Göndərir linkləri bu ardıcıllıqla bizə, hər birini tək-tək hesablayan əməkdaşlarımız müştəriyə zəng vurub məlumat verirlər ki, manatla ödəniləcək, məbləğ bu qədərdir. Müştəri bundan sonra istər online, istərsə də ofisimizə nəğd şəkildə ödəniş edir, ödəniş olduğu andan biz sifarişi satıcı firmaya veririk. Sifariş olunan mal Azərbaycana gəldikdə isə müştəriyə SMS-bildiriş gedir, müştəri yaxınlaşıb, sifarişini təhvil alır".

 

Sizi maraqlandıran digər suallarla bağlı isə Mover.az saytından daha ətraflı məlumat əldə edə bilərsiniz.

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>