Bakıda məktəbdə yanğın baş verib - YENİLƏNİB

 

264 saylı məktəbdə ciddi yanğın hadisəsi olmayıb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Lent.az-a bildirib ki, məktəbin zirzəmisində tüstülənmə olub. Yanğınla bağlı məktəbə yanğınsöndürən maşın göndərilib. O vaxta kimi məktəbin əməkdaşları yanğını artıq özləri söndürüblər".

 

***

12:44

Bakının Xətai rayonunda yerləşən 264 nömrəli məktəb-liseydə yanğın baş verib.

 

 

 

Lent.az-ın məlumatına görə, yanğın məktəbin bufetindən başlayıb. Məktəbin aşağı mərtəbəsindəki bir sıra otaqlara da zərər dəyib.

 

Hadisənin məktəbdəki elektrik xətlərində yaşanan qısaqapanmadan törəndiyi bildirilir. 


LENT

18 Yanvar 2017

Digər xəbərlər >>>