Sizin link burada

Buludlu hava, arabir yağış - Proqnoz

 

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 2-4°, gündüz 8-11° , Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti isə əsasən yağmursuz olacaq.  Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

 

LENT

22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>