AMEA-nın 2 institutuna direktor axtarılır

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edilib.

 

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AMEA-nın Rəyasət Heyəti Humanitar Elmlər Bölməsi üzrə: Folklor İnstitutu,  İctimai Elmlər Bölməsi üzrə: İqtisadiyyat İnstitutunda direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib.

 

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

 

 


LENT

18 Yanvar 2017

Digər xəbərlər >>>