Bakıda yol faciəsi: 3 nəfər maşının altında qalıb öldü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 11-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi "QAZ-2410" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş R.Hüseynov orada ölüb.

 

Yanvarın 11-də saat 19 radələrində isə Nərimanov rayonu M.Araz küçəsində Bakı şəhər sakini Rza Balayzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Cəsarət İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Digər hadisə isə yanvarın 11-də saat 06 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində baş verib. Bakı şəhər sakini Fuad Behbudov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən şəhər sakini Cəfər Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Qəzalarla bağlı araşdırma aparılır.

 

 

*****

 

10:17

 

Yanvarın 11-də Bakıda 3 piyada yol qəzasının qurbanı olub. Lent.az xəbər verir ki, Nərimanov rayonu Məmməd Araz küçəsində "Mercedes" markalı avtomobil 59 yaşlı kişini vurub öldürüb. Nizami rayonu Heydər Əliyev prospektində isə piyada keçidinin yaxınlığında 70 yaşlı kişi "Hyundai" markalı avtomobilin altında qalaraq vəfat edib. 

 

Digər hadisə isə Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Burada "QAZ 2410" markalı minik avtomobilinin vurduğu 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

 

Hər 3 faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>