Vətəndaşın üzərindən 500 min Rusiya rublu çıxdı

 

 

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya Federasiyası istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama nəticəsində  həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min Rusiya rublu aşkar edilib. 

 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

 

LENT

18 Avqust 2017

Digər xəbərlər >>>