Neft emalı zavodunda yanğın oldu

Birləşmiş Ərəb Əmirliklərində neft emalı zavodunda yanğın baş verib.

 

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Abu Dhabi national oil company” (ADNOC) şirkətinin məlumatında bildirilir.

 

 

Hadisə Əbu-Dabi əmirliyində, Ruvays şəhərində qeydə alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir, zərərçəkən yoxdur.

 

“Yanğın yaxınlıqda yaşayan əhali üçün təhlükə kəsb etmir”, məlumatda deyilir. 


LENT

20 Yanvar 2017
19 Yanvar 2017

Digər xəbərlər >>>