Qubernatorun olduğu helikopter qəza enişi etdi

Göyərtəsində Nyu-York ştatının qubernatoru Endryu Kuomo olduğu helikopter Oranc dairəsində qəza enişi edib.

 

APA-nın məlumatına görə, bu barədə “ABC” telekanalı xəbər verib.

 

İlkin məlumata əsasən, helikopterdə tüstülənmə baş verib. İnsident nəticəsində zərərçəkən olmayıb.

 

Hadisə E.Kuomo köməkçiləri ilə birgə Olbanı şəhərindən qayıdarkən baş verib. Qubernator orada Nyu-York ştatı Qanunvericilik Assambleyasının üzvləri qarşısında çıxış edib. 

LENT

28 Mart 2017
27 Mart 2017

Digər xəbərlər >>>