Sizin link burada

İki qatar toqquşdu: 22 yaralı

Serbiyanın şimalında sərnişin və yük qatarları toqquşub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Belqrad-Novi Sad xəttində qeydə alınıb.

 

Qəza nəticəsində 18 nəfər yüngül, 4 nəfər ağır xəsarət alıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

 

İnsidentin səbəbləri araşdırılır.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>