Çeçenistanda 4 silahlı öldürüldü, 1 polis həlak oldu

Çeçenistanda keçirilən əməliyyat zamanı 4 silahlı öldürülüb,1 polis həlak olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat yanvarın 11-də Kurçaloy rayonunda keçirilib.

 

Məlumata görə, əməliyyat zamanı silahlı qrup üzvlərindən biri tutulub, digəri isə qaçmağa müvəffəq olub. Hüquq-mühafizə orqanlarının 1 əməkdaşı həlak olub. Səhər saatlarından etibarən əməliyyatın davam etdiriləcəyi bildirilir.

LENT

25 May 2017
24 May 2017

Digər xəbərlər >>>