Gəncədə Polis İdarəsində ÖLÜM

Gəncə şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib. APA-nın məlumatına görə, hadisə bu gün qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

 

 

Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.


 

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

LENT

30 Aprel 2017
29 Aprel 2017

Digər xəbərlər >>>