Günaya haker hücumu: "Qanun qarşısında cavab verəcəklər"

Müğənni Günay İbrahimlin haker hücumuna məruz qalıb. Lent.az-ın məlumatına görə,  ifaçının 734 min izləyicisi olan instaqram profili ələ keçirilib. G. İbrahimli mövzu ilə bağlı açıqlama yayıb: “Hörmətli media nümayəndələri, pərəstişkarlarım, mənim 743 minlik instaqram profilim bir neçə saat bundan əvvəl hakerlər tərəfindən ələ keçirilib. Bu məlumatı ona görə sizə bildirirəm ki, profilimin yoxluğu hər kəsi narahat edib. Mövzu ilə bağlı bizə çox müraciət edirlər, narahatlıqlarını dilə gətirirlər. Hazırda komandam hesabımı geri qaytarmaq üçün əlindən gələni edir. Bununla bağlı sosial şəbəkə idarəçiliyinə müraciət olunub. İnanırıq ki, hər şey öz həllini tapacaq. Həmçinin, bunu edən şəxslər qanun qarşısında cavab verəcək. Diqqətinizə görə təşəkkür edirik”.

LENT

22 Fevral 2017

Digər xəbərlər >>>