Nardarandakı qəbiristanlıqda xeyli silah-sursat tapıldı

Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan silah-sursat tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 42-ci PB və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə "AKMS" markalı silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron tapılıb.

 

 

Araşdırma aparılır.

LENT

24 Mart 2017
23 Mart 2017

Digər xəbərlər >>>