Sizin link burada

2500 nəfər qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır




Dünya üzrə bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir.

 

 

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda hesabat xarakterli tədbirdə çıxışı zamanı deyib.

Ç.Əsədovun sözlərinə görə, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir və bu aktuallıq onların mürəkkəbliyi,  sosial əhəmiyyəti, ağır kliniki gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir.

 

 

C.Əsədov bildirib ki, uşaq və gənc yaşlarında qanın bədxassəli xəstəliklərindən ölüm halları 50 faizə yaxındır: “15 yaşa qədər olan uşaqlar arasında qanın  bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir və bu, narahatedici bir haldır. Hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır”.

 


Baş hematoloq deyib ki, son illər ölkədə qanın bədxassəli xəstəliklərinin diaqnostika və müalicəsində xeyli irəliləyişlərə nail olunub: “ Belə ki, müasir diaqnostikanın əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının təcrübəyə tətbiqi, o xəstəliklər zamanı hədəf müalicəsinin aparılmasına imkan yaradır.

Son zamanlar qazanılan nailiyyətlər sayəsində artıq əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinin  sağalmasını mümkün edir”.

 

Ç.Əsədov əlavə edib ki, qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların bu xəstəliklərə  düçar olması, müayinə və müalicənin xəstələrin çox maddi vəsait tələb etməsi bu xəstəlikləri dövlət qayğısı tələb edən sosial əhəmiyyətli xəstəliklər hesab etməyə imkan verir.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>