Sizin link burada

Təkər təmiri sexində dəhşətli hadisə

Xızı rayonunda dəhşətli hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da Xızı rayonunun Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov "DAF" markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb. Avtomobilin N.Novruzovun üstünə düşməsi nəticəsində o, ölüb.

 

Araşdırma aparılır.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>