Daha iki küçə istifadəyə verildi

 

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində və Nərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri yekunlaşdırılıb. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, təmir işləri çərçivəsində sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. 

 

Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metr təşkil edir. Bu küçədə aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, bunun əvəzinə küçənin 6 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Həmçinin, küçənin təmir olunan hissəsində  mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1200 paqon-metr yeni səki daşları düzülüb.

 

Binəqədi rayonu Cəfər Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə aparılıb. Burda da köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunub, mövcud piyada səkiləri isə bərpa edilib. Ümumilikdə, küçənin sözügedən hissəsində 5500 m2 sahəyə yeni asfalt-beton örtük döşənib, piyada səkilərinin kənarlarına isə 700 paqon-metr yeni səki daşları düzülüb.

 

Təmir işləri zamanı hər iki küçədə - yəni Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

 

Qeyd edək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Növbəti etapda son olaraq küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.

LENT

23 Mart 2017
22 Mart 2017
21 Mart 2017

Digər xəbərlər >>>