İlham Mirzəyev əməliyyat olunacaq: "Ayaqlarım tutulur..."

 

Teleaparıcı İlham Mirzəyev yaxın günlərdə əməliyyat olunacaq. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, boynunda və belindəki problemdən qurtulmaq üçün əməliyyat masasına əyləşəcək: “Həbsdə olduğum müddətdə səhhətimdə problemlər yaşadım. Ayaqlarım tutulmuşdu. Boynumda və belimdə yırtıq olduğu üçün çox əziyyət çəkirdim. Elə indi də həmin ağrıları hiss edirəm. Boynumun və belimin ağrıları onurğa sütununa vurur. Bu da mənə çox əziyyət verir. Əməliyyata ehtiyacım var. Artıq həkimlə də danışmışıq, yaxın günlərdə əməliyyata gedəcəm”.

 

 Qeyd edək ki, İ.Mirzəyev 2014-ci il aprelin 11-də həbs olunub, 2016-cı ilin iyun ayında isə azadlığa buraxılıb. 

LENT

27 Aprel 2017
26 Aprel 2017

Digər xəbərlər >>>