16 yaşlı oğlan qətl törətdi - AZƏRBAYCANDA - YENİLƏNİB

Cəlilabadda 18 yaşlı oğlanı öldürən şəxsin kimliyi müəyyənləşib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gecə Cəlilabad şəhərində Emin Abdullayevi bıçaqlayaraq öldürən şəxsin 2001-ci il təvəllüdlü Murad Muradov olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 

 

 

 

*****

 

 

10:08

 

 

Cəlilabadda qətl törədilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan prospekti 17 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən iki bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək olmayıb.

 

Hadisəni törədən şəxs saxlanılsa da, onun kimliyi və hadisənin başvermə səbəbləri hələlik açıqlanmır.

 

Faktla bağlı Cəlilabad rayon Prokrorluğunda araşdırma aparılır.

LENT

23 Aprel 2017
22 Aprel 2017

Digər xəbərlər >>>