AES-də qəza: reaktorun işi dayandırıldı

Belçikada “Dul” AES-in reaktorlarından birinin işi stansiyanın qeyri-nüvə blokunda baş vermiş qəza səbəbindən dayandırılıb. İnsident nəticəsində stansiya işçilərindən biri ciddi xəsarətlər alıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə AES-in operatoru olan  “Engie-Electrabel” şirkətinin nümayəndəsi bildirib.

 

Məlumata görə, stansiyanın qeyri-nüvə blokunda güclü buxar sızması baş verib. İnsidentlə əlaqədar reaktorun işi avtomatik dayandırılıb.   

 

Qəza nəticəsində subpodratçı şirkətin əməkdaşı ciddi yanıq xəsarətləri alıb.    

 

Reaktorun fəaliyyətinin bu gün bərpa ediləcəyi gözlənilir.  

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>