Məşhur cütlüyün boşanma səbəbi bəlli oldu

Aktrisa Nehir Erdoğanın həyat yoldaşı Ahmet Sesigürgildən boşanmasının səbəbi bəlli olub.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ailə qurduqdan sonra Parisə köçən cütlük arasında mübahisələr başlayıb. Buna səbəb Ahmetin iş üçün tez-tez Türkiyəyə gedib-gəlməsi olub.

 

Daha sonra isə Sesigürgil birdəfəlik Türkiyəyə geri qayıtmaq barədə qərar verib. Buna əsəbləşən Nehir ötən ilin dekabrında məhkəməyə müraciət edib və ondan boşanıb.

 

Aktrisanın “Parisdə yaşamağı heç nəyə dəyişmərəm. Məni kimsə bu şəhərdən ayıra bilməz” dediyi iddia olunur.

 

Qeyd edək ki, cütlük 2014-cü ildə ailə həyatı qurub.

LENT

18 Avqust 2017
17 Avqust 2017

Digər xəbərlər >>>