Sizin link burada

ABŞ-da banka hücum - YENİLƏNİB

ABŞ-ın Taskalusa şəhərində banka hücum edərək 8 nəfəri girov götürən silahlı şəxs saxlanılıb. APA-nın “Fox News” telekanalına istinadən verdiyi xəbərə görə, insident zamanı xəsarət alan olmayıb.

 

Bundan əvvəl bildirilmişdi ki,   silahlı şəxs bankın açılmasına az qalmış (yerli vaxtla təxminən 08.30 radələrində) binaya daxil olub.

 

Məlumata görə, insident zamanı binada yalnız bank əməkdaşları olub.  

 

 

**** 20.44

 

ABŞ-ın Alabama ştatının Taskalusa şəhərində naməlum şəxs banka hücum edərək, oradakı insanları girov götürüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, ən azı bir silahlı şəxs bankın işinin başlanmasına az qalmış (yerli vaxtla təxminən 08.30 radələrində) binaya daxil olub.  İlkin məlumata görə, həmin şəxs bankı qarət etməyi planlaşdırıb.    

 

Hazırda polis əməkdaşları silahlı şəxslə təmas qurmağa çalışırlar.

 

Məlumata görə, insident zamanı binada yalnız bank əməkdaşları olub.  

 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>