Qazla bağlı köhnə borclar necə hesablanacaq?

Təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

 

Bu barədə APA-ya Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumatda deyilir.

 

Bildirilir ki, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

LENT

26 Mart 2017
25 Mart 2017

Digər xəbərlər >>>