İkinci Dünya müharibəsinin ilk xəbərini verən jurnalist vəfat etdi - 106 yaşında

İkinci Dünya müharibəsinin başlanması barədə ilk xəbər verən britaniyalı jurnalist Kleyr Hollinqvors vəfat edib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, xanım jurnalist 106 yaşında dünyasını dəyişib.

 

K. Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən Almaniya Silahlı  Qüvvələrinin iki ölkənin sərhədində toplaşdığı  barədə xəbəri yayıb.

 

Jurnalistika ilə məşğul olmazdan əvvəl o, minlərlə insanın Hitler Almaniyasını tərk etməkdən ötrü Britaniya vizası almasına köməklik edib. 

 

1911-ci ildə doğulan K. Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub.

LENT

28 İyul 2017
27 İyul 2017

Digər xəbərlər >>>