Leyla Ramazanlıdan “Çox özəl” - GÖRÜNTÜLƏR

 

Müğənni Leyla Ramazanlı ilin ilk mahnısını izləyicilərinə təqdim edib. Lent.az-ın məlumatına görə, ifaçı “Çox özəl” adlı mahnı oxuyub. İfaçı yeni mahnı ilə bərabər, yeni fotosesiyasını da təqdim edib: “Bəstəkar Pərviz Mahmudov mahnını mənə göstərəndə onu dinlədim və çox bəyəndim. Əgər ilk dinləmədən mahnı mənim ürəyimə yatırsa, hər zaman onun uğur gətirəcəyinin şahidi oluram. Bu mahnı ürəyim yatdığı üçün elə ilk dinləmədən oxumaq istədim. Mahnı ürəyimcədir. Ümid edirəm ki, bu mahnı da digər mahnılarım kimi seviləcək”.

Qeyd edək ki, mahnının musiqisi Perviz Mahmudova sözləri Leyliyə, aranjemanı isə Hakan Erola məxsusdur.

 

 

 

LENT

27 Aprel 2017
26 Aprel 2017

Digər xəbərlər >>>