APA Aşot Avanesyanın səs yazısını yaydı - AUDİO

Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın APA-ya açıqlaması ciddi rezonansa səbəb olub.
 
Daha çox rezonansa səbəb olansa onun Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bəyan etməsidir.
 
Bəzi dairələr və mətbuat orqanları A. Avanesyanın belə ifadə işlətmədiyini, fikirlərinin təhrif olunduğunu iddia edir.
 
Halbuki A. Avanesyan müsahibəsində hər zaman ərazi bütövlüyünün, o cümlədən Azərbaycanın ərazi bütövlyünün tərəfdarı olduğunu açıq şəkildə bildirib.
 
APA-nın əməkdaşının "Münasibətlərin düzəlməsi üçün Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Bununla bağlı mövqeyiniz necədir" sualına "Əlbəttə. Düşünürəm ki, bu gün işğal olunmuş o rayonları, işğal olunmuş Azərbaycan ərazilərini qaytarmalıdırlar, elə də olacaq" cavabını verib.
 
A. Avanesyanın fikirlərində təhrifə yol verilmədiyini onunla müsahibənin səs yazısı da sübut edir.
 
Səs yazısının əsas hissəsini təqdim edirik.

LENT

23 May 2017

Digər xəbərlər >>>