Əkiz qızlarını öldürüb, özünü asdı - QAN DONDURAN OLAY

 

Türkiyənin Bursa şəhərində tükürpədən dəhşətli cinayət hadisəsi baş verib.

 

Lent.az-ın “Tuna” qəzetinə istinadən məlumatına görə, Bursada yaşayan 25 yaşlı Zahidə Qəhrəman 4 yaş 5 aylıq olan əkiz qızlarını zəhərləyib.  

O, daha sonra baldızına “Haqqınızı halal edin” mesajını yazaraq özünü asıb.

Bursada xəstəxanada həkim işləyən xanımın həyat yoldaşı Mustafa Qəhrəman evə gələrkən uşaqlarını bihuş, həyat yoldaşını isə asılı vəziyyətdə tapıb.

Qadın hadisə yerində ölüb. Uşaqlar Ecrin və Eslem isə xəstəxanaya çatdırılsa da, orda dünyalarını dəyişiblər.

Uşaqların qazdan zəhərləndiyi iddia edilir.

Faktla bağlı araşdırma aparılır.

 

LENT

26 Aprel 2017
25 Aprel 2017

Digər xəbərlər >>>