Elza Seyidcahanın nəvəsinin xeyir işində nələr yaşandı? - VİDEO - FOTO

Əməkdar artist Elza Seyidcahan yeni doğulan nəvəsinə ad qoydu mərasimi keçirib. Lent.az-ın məlumatına görə, paytaxt restoranlarının birində keçirilən məclisə ilk öncə səbəbkar və onun valideynləri daxil olub. Bu zaman isə Azərbaycan himni səslənib. Daha sonra söz E.Seyidcahan təəssüratlarını bölüşüb: “Bu gün Nəvəm Səmərruxun adqoydu mərasimidir. Nəvəmin ilk xeyir işidir. Bu gün bura yalnız ailəmizə yaxın adamlar toplaşıb. Hətta xaricdə yaşayan dayılarım və digər qohumlarım burdadır. Heç bir işimi böyüklərin xeyir-duası olmadan eləməmişəm. Çox istərdim ki, anam və dayılarım xeyir-dua versinlər, daha sonra məclisimizə başlayaq”.

Böyüklərin xeyir-duasından sonra gecə öz axarı ilə davam edib. Şou-biznesin tanınmış simaları səhnə alaraq, ifalarını təqdim ediblər və gecə boyu rəqs ediblər.


Xatırladaq ki, gecədə xalq artisti Flora Kərimova, əməkdar artistlər Firuzə İbadova, Cavanşir Məmmədov, Mehriban Xanlarova, müğənnilərdən Nadir Qafarzadə, Rəşad İlyasov, Nüşabə Ələsgərli, Elton Hüseynəliyev, Könül Kərimova, Kərim Abbasov, Emil Bədəlov, Ruhəngiz Allahverdiyeva, Sevda Rzayeva, aparıcılardan İlham Mirzəyev, Aytəkin Mərdanova, Zemfira Adıgözəlova, bəstəkar Aygün Səmədzadə, stilist Samiraldo və başqaları iştirak edirdi.

Qeyd edək ki, Səmərrux ifaçının qızı Gülşənin övladıdır. Gülşən Elxan adlı fotoqrafla ailə qurub.

 

 

 

 

 

 

 

 

 

 

 

LENT

28 Fevral 2017
27 Fevral 2017

Digər xəbərlər >>>