Kolumbiyada körpü uçdu: 11 ölü

Kolumbiyada asma körpünün uçması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. 

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin xilasedici xidmətləri məlumat verib.

 

Bundan əvvəl 7 nəfərin öldüyü, 13 nəfərin xəsarət aldığı bildirilirdi.

 

Faciə Vilyavisensio şəhərində baş verib. Ölənlər arasında anasının qoynunda olan yaş yarımlıq körpə də var. Qəza baş verdiyi an körpüdə 30-a yaxın insan olub. Asma körpünün hündürlüyünün 10-15 metr təşkil etdiyi bildirilir. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir. 

LENT

17 Yanvar 2017

Digər xəbərlər >>>