Rusiyaya qarşı yeni sanksiyalar hazırlandı

ABŞ senatorları Rusiya barəsində hərtərəfli sanksiyalar paketi hazırlayıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Senatının respublikaçı senatoru Con Makkeyn,  demokrat senatorlar Ben Kardin və Robert Menendes seçki prosesinə qarışmasına görə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu bəyan ediblər.

 

Bundan əvvəl ABŞ Milli Kəşfiyyatı Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair məruzənin qeyri-məxfi hissəsini yayıb. Məlumata əsasən, adıçəkilən məruzə Donald Trampı inandırıb ki, Rusiya hakerləri həqiqətən kiberhücumlar həyata keçirərək seçki prosesinə müdaxilə ediblər.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>