Sizin link burada

Ankarada səfir Karlovun adına küçə oldu

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı verilib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı qərar Ankara şəhər bələdiyyəsinin yığıncağında yekdilliklə qəbul edilib.

 

Küçəyə Andrey Karlovun adının verilməsinə dair təşəbbüslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

 

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>