Tramp kürəkəninə vəzifə verəcək

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yeni Vaşinqton administrasiyasında böyük məsləhətçi vəzifəsini tutacaq.

 

APA-nın xəbərinə görə, bu barədə CNBC telekanalı məlumat verib.

 

Trampın özü bununla bağlı jurnalistlərin sualını cavablandırmayıb, yanvarın 11-də keçiriləcək mətbuat konfransını gözləməyi təklif edib.

 

Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanı həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olacaq. 

LENT

23 Mart 2017
22 Mart 2017
21 Mart 2017

Digər xəbərlər >>>