Vulkana qalxmaq onlara baha başa gəldi: - 6 ölü

Qvatemalada Akatenanqo vulkanına qalxarkən donub ölənlərin sayı 6 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 3 nəfərin öldüyü bildirilirdi.

 

Yanvarın 7-də iki turist qrupu vulkana qalxmağa başlayıb. Lakin sonra havanın temperaturu kəskin aşağı düşüb, güclü külək turistlərin çadırlarını dağıdıb.

 

Məlumata əsasən, 2 nəfərin həyatını xilas etmək mümkün olub. Hadisə yerində xilasedici əməliyyat davam edir.

LENT

24 Fevral 2017
23 Fevral 2017

Digər xəbərlər >>>