Zidan ən yaxşı baş məşqçi seçildi - Fransada

“France Football” nəşri 2016-cı ilin ən yaxşı fransız baş məşqçisinin adını açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, qəzetin versiyasına əsasən, ötən il Fransanın ən yaxşı məşqçisi “Real”ın çalışdırıcısı Zinəddin Zidan seçilib.

 

“Zizu” ötən il “Real”la Çempionlar Liqasını, Avropa Super Kubokunu və Klublararası dünya çempionluğunu qazanıb.

 

Qeyd edək ki, “kral klubu” 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi oyunlarda məğlubiyyət üzü görməyib.

LENT

27 Aprel 2017
26 Aprel 2017

Digər xəbərlər >>>