Messi FİFA-nın mərasiminə qatılmayacaq

“Barselona”nın futbolçuları FİFA-nın bu gün keçiriləcək mükafatlandırma mərasiminə qatılmayacaq. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, bunlar tədbirə dəvətli olan Lionel Messi, Xerard Pike, Andres İnyesta və Luis Suaresdi.

 

Ali futbol qurumunun 2016-cı ilin yekunlarına həsr olunan mərasimində “Barselona”nı klub prezidenti Jozep Bartomeunun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. 

 

Futbolçuların mərasimə qatılmamağına səbəb kimi İspaniya kubokunda “Atletik”lə keçiriləcək cavab matçına hazırlıq prosesi göstərilib və qərarın klub rəhbərliyi tərəfindən qəbul edildiyi açıqlanıb.

 

Qeyd edək ki, FİFA-nın ilin ən yaxşı futbolçusu mükafatına 3 namizəddən biri Lionel Messidi.

 

LENT

28 Mart 2017
27 Mart 2017

Digər xəbərlər >>>