Azərbaycanlı müğənni: "...onu yazanlar da övlad həsrəti ilə yaşasın"

 

Müğənni İlhamə Qasımova şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişində bildirib ki, həyat yoldaşı ondan 18 yaş böyükdür: “Yoldaşım məndən 18 yaş böyükdür. Bu, mənim alın yazımdır. İlk həyat yoldaşım da 16 yaş böyük idi. Həyat yoldaşım toylarda oxumağımı istəmir. Mən də şərt qoymuşam ki, toylardan aylıq qazandığımı mənə versin, toya getməyim. Sonra mənimlə razılaşdı. Mən ailə üçün hər şeydən keçə bilirəmsə, o da nələrisə keçməlidir".

 

İfaçı ana olması haqda yayılan xəbərlərə də aydınlıq gətirib: "Mənim övladım yoxdur. Lakin müsabiqədə olan zaman şayiə yayıldı ki, anayam. Bu söhbətlər mənə pis təsir etdi. İllərdir ki, övladım olmasını istəyirəm, amma alınmır. Övladım olduğu haqda şayiə yayanların ailələri də illərlə övlad həsrəti ilə yaşasınlar. Heç vaxt qarğış etməmişəm. Amma övlad elə şeydir ki, onun şayiəsi olmaz. Həyatda elə qadın yoxdur ki, ana olmağı istəməsin".

LENT

29 Aprel 2017
28 Aprel 2017

Digər xəbərlər >>>