Prezident 3 səfirin etimadnaməsini qəbul edib

 

Prezident İlham Əliyev 3 ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı yanvarın 9-da Peru Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib.

 

Bundan başqa, Finlandiya Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arya İnkeri Makkonenin və Estoniya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marin Mittusun də etimadnamələrini prezident İlham Əliyevə təqdim ediblər. 

LENT

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

Digər xəbərlər >>>