Bakıda "Araz" kafesi satışa çıxarıldı - QİYMƏT

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 7-də keçiriləcək yeni hərraca 95 əmlak çıxarılıb. Lent.az komitəyə istinadən xəbər verir ki, hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.

 

Bu hərraclarda istənilən fiziki və hüquqi şəxs iştirak edə bilər. Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin privatization.az saytında tanış ola bilir.

 

Xatırladaq ki, ötən ildən start verilən intensiv hərraclar bu il də hər həftə keçirilməklə davam etdiriləcək. Hərraclar barədə ictimaiyyətə Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə müntəzəm məlumatlar verilir. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər. Suallar dərhal cavablandırılır və sorğuçuya ətraflı məlumat verilir.   

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri Bakı, Gəncə, Sumqayıt, Daşkəsən, Salyan, Mingəçevir, Şəki və digər şəhər və ya rayonlarda yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Ən yüksək start qiyməti ilə təklif olunan əmlak paytaxtın Xəzər rayonunda yerləşən “Aydınlıq” şadlıq evidir. Belə ki, hərracda iddiaçılar bu əmlaka qoyulan 179 min ilkin satış qiymətindən yuxarı qiymət təklif etməli olacaq. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Xətai rayonundakı “Araz” kafesi və Binəqədi rayonundakı 9 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 120 min və 100 min 300 manata hərraca çıxarılıb. 13 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı paytaxtda yerləşir. Bu əmlakların hərrac qiymətləri sahəsindən asılı olaraq 20 min-70 min manat arasında dəyişir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Daşkəsən Aqrotexservis”, “Lənkəran Taxıl”, “Sabirabad Mexanikləşdirmə”, “Xırdalan Nəqliyyat”, “Zaqatala Fındıq”, “Əli Bayramlı Aqrotəmir” kimi səhmdar cəmiyyətlər var. 

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>